İranda etiraz aksiyaları ilə bağlı ilk edam hökmü icra edilib.
Metbuat.az xəbər verir ki, Tehrandakı etirazlarda iştirak edən Möhsün Şekari adlı şəxs sabitliyi pozmaq, milis qüvvələrinə qarşı döyüşmək, bir təhlükəsizlik əməkdaşını yaralamaq, insanlar arasında qorxu yaratmaq və digər ittihamlara görə edam edilib. Məlumata görə, Möhsün Şekari İrandakı etiraz aksiyalarına görə edam edilən ilk nümayişçi olub.
Qeyd edək ki, İrandakı etiraz aksiyaları ilə bağlı minlərlə nümayişçi saxlanılıb. Çox sayda etirazçı barədə edam hökmünün verildiyi irəli sürülür.