Qəribə layihələri ilə fərqlənən Elza Seyidcahan qızı Gülşənə qeyri-adi xınayaxdı mərasimi təşkl edəcək.

ANS PRESS-in məlumatına görə, Elgiz Əkbərin aparıcısı olduğu "Günə Baxan" verilişinin qonağı olan əməkdar artist qızının gözlənilən xeyir işindən söz açıb. Daha doğrusu söhbəti Elgiz başlayıb. "Elza xanım, eşitdim qızınızın xınayaxdısını suyun içində edəcəksən. Bəs məclisə gələnlərin üstü-başı su olmaz?"- deyə, ondan soruşub.

Elza xanım aparıcının bu sualını belə cavablandırıb: “Övladlarımın istəklərinə heç vaxt yox deməmişəm. Nəyi nə formada arzulayıblarsa, hamısını gerçəkləşdirməyə çalışmışam. İndi qızım istəyir ki, xınayaxdısı suda olsun. Onun bu istəyini bir formada reallaşdıracam. Amma bilmirəm necə edim ki, qonaqlar da razı qalsın, qızım da. Çox güman ki, ya dəniz kənarında, ya da gəmidə edərik xınayaxdı məclisini".

Bəstəkar-müğənni keçən ilin avqust ayında nişanlanan qızının toy və xınayaxdı mərasimlərinin sentyabr ayına planlaşdırıb.

Elza Seyidcahan qızına qeyri-adi xınayaxdı edəcək (FOTO)