Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək.
Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər.
1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş - Portuqaliya
23:00. İngiltərə - Fransa
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.