Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.