Prezidentin “Tərəqqi” medalı verdiyi gənc alimin monoqrafiyası çap olundu -

Noyabrın 30-da Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq “Tərəqqi” medalına layiq görülən YAP Naxçıvan Dövlət Universiteti ərazi təşkilatının sədri, həmin ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “Naxçıvan şəhərinin tarixi (XIX yüzillik)” adlı yeni monoqrafiyası nəşr edilib.

Metbuat.az xəbər verir ki, monoqrafiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Naxçıvan şəhərinin XIX yüzillik tarixi xüsusi tədqiqat obyektinə çevrilib. Monoqrafiyda XIX əsr Naxçıvan şəhərinin sosial-iqtisadi, siyasi və mədəni həyatının mühüm məqamları faktlar əsasında aydınlaşdırılmışdır. Naxçıvan şəhərinin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilmişdir.

Qeyd edək ki, giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarət olan monoqrafiyanın elmi məsləhətçisi Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçiləri isə AMEA Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı və tarix elmləri doktoru, professor Anar İsgəndərovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR