Ermənistanın məşhur müğənnisi Paşinyanın xanımına:

"Ermənistan super ulduzu" 1 layihəsinin qalibi, müğənni Susanna Petrosyan Anna Akopyanı kəskin tənqid edib.

Metbuat.az xəbər verir ki, o, Anna Akopyanın instaqram hesabında şam işığında paylaşdığı şəklin altına "Heç utanırsız?" şərhini yazıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkə hesabında işıqlı evindən fotolar paylaşıb. Bu da əhali tərəfindən kəskin tənqid olunub. Ermənilər ölkələrinin çətin vəziyyətdə olduğunu, lakin hakimiyyətdə olan ailənin dəbdəbəli həyat sürdüyünü qeyd ediblər.

Həmçinin oxuyun: Ermənistan mətbuatı Paşinyanı və arvadını yıxıb sürüdü - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR