Ermənistan mətbuatı Paşinyanı və arvadını yıxıb sürüdü -

Ötən gün Fransa - Mərakeş oyununu izləyən Ermənistan baş nazirinin xanımı Anna Akopyan dəbdəbəli, işıqlı evindən fotolar paylaşıb.

Metbuat.az-ın məlumatına görə, "Hraparak" nəşri yazır ki, ölkədə bu qədər problemlər varkən baş nazirinin arvadının belə dəbdəbəli həyatını çəkib paylaşmağı insanlar tərəfindən tənqid olunub.

"Baş nazirin və xanımının bu günlərdə belə paylaşımlar etməməsi ilə bağlı xəbərdar edəcək, tövsiyə edəcək kadrları, məsləhətçiləri, mütəxəssisləri, ekspertləri yoxdurmu? Əgər xəbərdarlıq ediblərsə, həmin xəbərdarlıqlara məhəl qoyulmayıbsa, o zaman qeyd edə bilərik ki, Anna Akopyan özünü istədiyi kimi aparır. Varlı həyatı yaşamaq Ermənistanda hakim ailənin "Amerika arzusu" idi və bu, indi reallaşıb. Heç bir problem, kədər onları bu həyatdan məhrum edə bilməz. Amma o həyatı yaşamaq başqa, o həyatı ictimailəşdirmək, insanların yarasına duz tökmək başqa məsələdir. Ola bilsin ki, baş nazirin ailəsindən elementar təmkin nümayiş etdirəcəyini gözləmək sadəlövhlük olardı", - deyə nəşr qeyd edib.

Are there no advisers to the Prime Minister's family?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR