Ərdoğan Dünya Çempionatı finalını stadionda izlədi -

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə Qətərin paytaxtı Dohaya gedib.

Metbuat.az xəbər verir ki, prezident Ərdoğan 2022 FIFA Dünya Çempionatının finalında Lusail Stadionunda Argentina-Fransa matçını izləyir.

Qeyd edək ki, final matçını izləmək üçün Qətərə gələnlər arasında bir çox məşhurlar var.

Belə ki, Fransa Prezidenti Emmanuel Makron, amerikalı milyarder İlon Mask, "Milan"ın məşhur futbolçusu Zlatan İbrahimoviç və digərləri həlledici görüşü stadiondan izləyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR