İrandan nüvə bombası barədə diqqətçəkən açıqlama -

“İranın nüvə bombası hazırlamaq bacarığı var. Lakin İranın belə məqsədi yoxdur. Nüvə bombalarının hazırlanmasının haram olduğunu düşünürük”.

Metbuat.az xəbər verir ki, İranın Xarici Siyasət Strategiya Şurasının sədri, keçmiş xarici işlər naziri Kamal Hərrazi belə açıqlama verib. O, 3-cü Beynəlxalq Tehran Dialoq Forumundan çıxışı zamanı bildirib ki, İran nüvə anlaşmasına qayıtmağa və öhdəlikləri yerinə yetirməyə hazırdır.

Hərrazi İrandakı aksiyalara münasibət bildirərkən qeyd edib ki, bu həmlə ölkəyə qarşı hibrid müharibədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR