ABŞ-da 6,4 bal gücündə zəlzələ baş verdi

ABŞ-ın Kaliforniya ştatı sahillərində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat verib. Məlumata görə, zəlzələnin episentri təqribən 15 min nəfərin yaşadığı Ferndale bölgəsindən 12 kilometr aralıda, yerin 16,1 kilometr dərinliyində yerləşib. Zəlzələ yaşayış məntəqələrində hiss edilib. Sunami barədə xəbərdarlıq edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR