"Narkomanları həbsxanaya göndəririk, çünki müalicə mərkəzləri yoxdur"

"Biz narkomanların böyük əksəriyyətini kriminal əməl törədənlər kimi qiymətləndirib həbsxanaya göndəririk, çünki müalicə mərkəzləri yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, zorakılığa məruz qalanlar üçün sığınacaqlar da çox azdır: "Zorakılıq məsələləri bir çox hallarda gizlədilir. Bu sahədə dövlətin rolu sadəcə, tənzimləmə olmalıdır. Bu sahədə əsas işi QHT-lər öz üzərinə götürməlidir. Heç kimi ailədə məişət zəminində baş verən məsələlər barədə məlumat vermək istəmir. Qanunvericilikdə köklü dəyişikliklər edilməsi çox vacibdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR