İranda qaşqay qadın fəal həbs edildi -

Tehranın Kərəc şəhərində yaşayan 55 yaşlı qaşqay fəal Firəngiz Qaşqayinin oktyabrın 29-da şəxsi mənzilində həbs edilib.

Metbuat.az xəbər verir ki, məlumata əsasən həmin tarixdə 8 kişi və 1 qadın məmur onun evinə hücum edərək, oğlu və qızının gözü qarşısında onu döydükdən sonra qandallayaraq aparıblar. Qaşqay fəalın övladları bildiriblər ki, analarına məxsus telefon, kompüter və başqa şəxsi əşyalar təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.
Hazırda Kərəcin Kəçui həbsxanasında saxlanılan Firəngiz Qaşqayinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR