Rusiyada magistral qaz kəmərində güclü partlayış -

Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy – Pomarı – Ujqorod magistral qaz kəmərində partlayış baş verib.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə nəhəng alov və tüstünün, yanğın yerinin yaxınlığında yerləşən yaşayış binalarına yaxın olduğu müşahidə edilib. Yanğının səbəbi barədə açıqlama verən Çuvaşiyanın rəhbəri Oleq Nikolayev bildirib ki, qaz kəmərində partlayış iş zamanı baş verib.

Onun sözlərinə görə, qaz partlayışından sonra təcili yardım və fövqəladə xidməti gələrək hadisəyə müdaxilə ediblər.

"Problemlərin aradan qaldırılması, ştat rejimində işin bərpası və bütün lazımi işlərin görülməsi üçün bütün operativ tədbirlər görüləcək", - Nikolaev bildirib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərində tikilən bu kəmər Ukraynadan keçməklə Qərbi Sibirdən Avropaya qaz verirdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR