Müğənni Nura Suri keçmiş həyat yoldaşı ilə bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında 2018-ci ildə paylaşdığı köhnə fotonu repost edib. Belə ki, o, həmin fotoya "1997-ci ilden 2007-ci ile kimi arxivden. (keçmiş həyat yoldaşım da şəkildə var) " şərhini yazıb.
Qeyd edək ki, əsil adı Aynurə Qəzənfərli olan Nura 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu var: Xosrov, Möhsen və David. Nura Surinin həyat yoldaşlarının yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan.