“ABŞ-ın Kiyevə göndərməyə qərar verdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri bizim üçün hədəfdir. Yüz faiz vuracağıq”.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, “Patriot”lar köhnəlmiş sistemlərdir və S-300-lər onlardan daha üstündür. Putin Qərbin “parçala və hökmranlıq et” siyasəti yürütdüyünü qeyd edib. Kreml rəhbəri Ukrayna ilə danışıqlara hazır olduğunu da ifadə edib.
“Biz məqbul həll yolları olan məsələlərlə bağlı hər kəslə danışıqlar aparmağa hazırıq, lakin bu, onlardan asılıdır. Danışıqlardan imtina edən biz deyilik, onlardır. Rusiyanı parçalamaq Moskvanın rəqiblərinin həmişə əsas hədəflərindən biri olub. Amma bizim məqsədimiz rus xalqını birləşdirməkdir. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik - Putin deyib.