Putin Ukraynada yaşayan 8 yaşlı qızın arzusunu reallaşdırdı -

Rusiya prezidenti Vladimir Putin Moskvanın ilhaq etdiyi Zaporojye vilayətində yaşayan 8 yaşlı Aleksandra Velikiy adlı qızın Yeni il arzusunu yerinə yetirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat verib. Bildirilir ki, ötən həftə Putin Kreml meydanının yaxınlığındakı Gənclər Evinə gedib. Bu zaman o, uşaqların arzularını yazdığı 3 məktubu götürüb. Rusiya liderinin götürdüyü məktubların birində 8 yaşlı Aleksandra Velikiy adlı qız Rusiyanın Ustyuq şəhərindəki “Şaxta baba” evini ziyarət etmək istədiyini yazıb.

Uşağın arzusu yerinə yetirilib və o ailəsi ilə birgə “Şaxta baba” evinə aparılıb. Uşaq “Şaxta baba” evində olarkən Putin ona zəng edərək ziyarətin necə keçdiyini soruşub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR