Di Mariya bu türk klubuna keçə bilər -

Argentina milli komandasının və "Yuventus"un yarımmüdafiəçisi Di Mariyanın "Qalatasaray"a keçə bilər.

Metbuat.az xəbər verir ki, cari mövsümün sonu "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" klubu yaxından maraqlanır. Bu barədə milli komandanın idman direktoru Lusiano Nakis bildirib.

Nakis "Radyospor"a açıqlamasında transferin mümkün olduğunu söyləyib:

"Ola bilər. "Qalatasaray" böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər".

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR