Türkiyə nəhəngi dünya çempionunu transfer edir -

“Qalatasaray” klubu “Argentina millisinin üzvü 34 yaşlı Anxel di Mariyanı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi mövsümün sonunda azad agent olacaq “Yuventus”un hücumçusu üçün təklif hazırlayıb. İddialara görə, “Qalatasaray” Anxel di Mariyanın yaxın ətrafı ilə əlaqə qurub. Məlumatı Argentina millisinin idman direktoru Lusiano Nakis da təsdiq edib. Onun sözlərinə görə, hücumçu Türkiyədə futbol oynamağa qarşı deyil. Hücumçu ilə daha bir neçə klubun da maraqlandığı bildirilir.

“Yuventus” onun satışından pul əldə etmək üçün hücumçunun qış fasiləsində başqa kluba transfer olmasına müsbət yanaşdığı deyilir. Qeyd edək ki, Anxel di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR