"Xüsusilə Bakıda yaşayan insanların zülm çəkdiyi tıxac problemində dövlət qurumlarınının aciz qaldığı məlumdur".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa ilin sonuncu plenar iclasında deyib.

Deputat qeyd edib ki, problemin həlli yolunda hər hansı konsepsiya ortaya qoyulmayıb. İqtisadiyyata vurulan zərəri diqqətə çatdıran Fazil Mustafa təklifini irəli sürüb:

"Mən təklif edirəm ki, problemin həlli istiqamətində şəffaf tender keçirilsin. Monqolostandan, Koreyadan, Malaziyadan hər hansı bir şirkət məsələni üzərinə götürsün və həlli yolunda təklif versin, biz də həll edək".