Energetika Nazirliyi üçün xidməti avtomobillərin say həddi 3 dəfədən çox azaldılıb

Energetika Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti) 3 dəfədən çox azaldılıb.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə müvafiq dəyişiklik edib.

Nazirlik üçün minik avtomobillərinin say həddi 30 ədəddən 9-a endirilib. Başqa sözlə, nazirliyin aparatı üzrə avtomobillərin sayı 8-dən 9-a qaldırlılıb, yanında olan orqanlar və yerli bölmələr üzrə nəzərdə tutulan 22 minik avtomobili limiti isə ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR