Putinin Yeni il təbriki zamanı arxasında dayanan qadının kimliyi heyrətə gətirdi -

Rusiya Prezidenti Vladimir Putinin Yeni il təbriki ilk dəfə olaraq Kreml fonu qarşısından lentə alınmayıb.

Metbuat.az xəbər verir ki, Putin hərbçilərin qarşısında dayanaraq ölkə əhalisini 2023-cü ilin gəlişi münasibətilə təbrik edib.

Lakin Putinin arxasında dayanan hərbi geyimdəki şəxslərin hərbçi olmadığı məlum olub. Həmin şəxslər 2017-ci ildə Putin və Dmitri Medvedyevin Novqorod vilayətindəki istirahəti zamanı "fon" rolunu oynamışdılar. Daha sonra Novqoroddakı Svyato-Yuryevsk monastırındakı ibadət zamanı da eyni adamlar "kütlə" rolunda idilər.

Putinin müraciəti zamanı hərbi geyim olan "kapitan" rütbəli "hərbçi" qadın Larisa Serquxina adı ilə təqdim edilmiş Yekaterina Safronovadır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR