Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə görüşü barədə danışıb.
Metbuat.az xəbər verir ki, nazir bildirib ki, bu, Ərdoğanın verəcəyi qərardır: "Amma prezidentimizin dediyi bir şey var idi. Mərhələli dialoq olacaq", - deyə Çavuşoğlu bildirib.
O həmçinin qeyd edib ki, Rusiya Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşünün tarixini təklif edib, lakin bu tarix Ankaraya uyğun gəlməyib: "Rusiya təklif etdi, lakin bu tarix bizə uyğun gəlmir. İndi yeni tarix üzərində işləyirik. Hələ nazirlərin görüşünə qədər hazırlıq görməliyik".