Əmək pensiyalarının minimum məbləği

Əmək pensiyasının minimum məbləği 280 manata çatdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib. Azərbaycan hökuməti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR