"Charlie Hebdo” jurnalında Xameneinin karikaturaları dərc edildi -

Fransanın “Charlie Hebdo” jurnalında İranın ali dini lideri Ayətullah Əli Xameneinin karikaturalarının dərc edilməsi Tehran tərəfindən etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, İranın Xarici İşlər Naziri məsələ ilə bağlı Fransa tərəfini sərt tənqid edib. Bildirilib ki,jurnalda karikaturaların dərc edilməsinə görə Fransa cavabdehdir. İran Fransa ilə mədəni əlaqələrin yenidən nəzərdən keçirildiyini və bunun ilk həmləsi olaraq Tehrandakı Fransa instutunun bağlandığını açıqlayıb.

İranın Xarici İşlər Nazirliyindən bildirib ki, Tehran Fransa hökumətindən sözügedən medianın davranışını pisləyən bəyanat və təzminat xarakterli addım gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR