Dayısı qızı ilə evlənən şəxs baldızının və qaynının

Əvvəlcə dayısının arvadı ilə gizli münasibətdə olub. Sonra dayısının qızı ilə evlənib.

Metbuat.az CNN Türk-ə istinadən xəbər verir ki, bu ağılalmaz hekayə Türkiyədə yaşanıb. Belə ki, Çankırı kəndində yaşayan Vedat adlı şəxs 16 yaşında ikən atası ilə dalaşaraq dayısının evinə köçüb. İllərlə dayısı ilə qalan Vedat onun həyat yoldaşı ilə münasibətə girib. Əsgərliyə gedən və hərbi xidmətini başa vuran Vedat qayıtdıqdan sonra da dayısı qızı ilə evlənərək Ankaraya köçüb. Cütlüyün 2 övladı olub.

Lakin onlar bu yaxınlarda evliliklərini bitirmək üçün məhkəməyə müraciət ediblər. Məhkəmədə Vedatın həyat yoldaşının dedikləri həm hakimləri, həm də vəkilləri şoka salıb. Məlum olub ki, qaynanası ilə bir müddət əvvəl münasibəti olan Vedat, əslində, qaynının və baldızının da atası imiş.

Həmçinin bu məsələni öyrənən dayı da bacısı oğlu ilə münasibətlərinə görə, bir müddət əvvəl həyat yoldaşından ayrılıb.

Məsələ ilə bağlı DNT nümunələri götürüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR