İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya İranda nümayişçilərin edam edilməsinə etiraz olaraq Tehranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib.

Nazir qeyd edib ki, Almaniya XİN-ə çağırılan İran nümayəndəsinə tam aydın şəkildə ifadə edilib ki, İrandakı qəddar təqiblər, Tehranın öz əhalisinə təzyiqi və xalqı terror etməsi, həmçinin sonuncu iki edam cavabsız qalmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR