Messi transferi gündəmə bomba kimi düşdü -

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin hücumçusu Lionel Messini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, "Əl-Hilal" klubu Messiyə artıq təklif göndərib. İddialara görə, "Əl-Hilal" 35 yaşlı hücumçuya illik 350 milyon avro ödəməyə hazırdır.Messi təklifi qəbul etsə, ən çox gəlir əldə edən futbolçu olacaq. İddia edilir ki, Messi bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, bundan əvvəl “Əl-Nəsr” Kriştiano Ronaldonu transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR