Dünyanın diqqəti Türkiyəyə çevrilib -

“Bloomberg” bu il dünyanın müxtəlif ölkələrində keçiriləcək prezident seçkiləri ilə bağlı məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, məqalədə Nigeriyada, Pakistanda keçiriləcək prezident seçkilərinə diqqət çəkilib. Müəllif dünya üçün önəm daşıyan seçkilərin isə Türkiyədə keçiriləcəyini yazıb. Bildirilib ki, bu seçkilərin nəticəsi ABŞ və Rusiya ilə yanaşı Avropa, Yaxın Şərq, Mərkəzi Asiya üçün önəmlidir. Müəllif qeyd edir ki, seçkilərin nəticəsi ABŞ və Rusiyanın dünyanın müxtəlif bölgələrindəki əlaqələrinə və mübarizəsinə təsir edəcək. Müəllif qeyd edir ki, Ərdoğanın hakimiyyətdən getməsi Qərbi sevindirəcək. Rusiya isə Türkiyədə hakimiyyətin dəyişməsini istəmir.

“Türkiyə Rusiya istehsalı olan müdafiə sistemini almaqla NATO-nun təhlükəsizliyini riskə atdı, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaqla Qərbi məyus etdi” - təhlildə deyilir.

Məqalədə qeyd edilir ki, Türkiyədəki bəzi problemlərə baxmayaraq Ərdoğanın yenidən prezident seçilmək şansı digər namizədlərlə müqayisədə daha çoxdur. Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının Türkiyəyə investisiyalarının və Türkiyənin qaz mərkəzinə çevriləcəyinin Ankara üçün önəmli olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR