​Putinin çətirində qoruna bilməyən Paşinyan çarəni Ərdoğanda görür –

“Son vaxtlar Moskva ilə İrəvan arasında ziddiyyətlərin əsas səbəbi Ermənistanın Rusiyadan canını qurtarmaq istəyi ilə bağlıdır. İrəvan anlayır ki, Rusiya ilə onun gələcəyi yoxdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz ötən gün Nikol Paşinyanın KTMT təlimlərinin Ermənistanda keçirilməyəcəyi ilə bağlı dediklərinə əsasən vurğuladı ki, Qərbin Rusiyaya təzyiqləri fonunda Ukraynada bataqlıqda qalan Rusiyanı İrəvan müttəfiq kimi görmür.

Ilk qonorar sevincini muellimim Resad Mecid yasadib” - Gənc jurnalist Kənan  Novruzovla müsahibə

Kənan Novruzov

Paşinyan KTMT ilə bağlı əvvəllərdəbir neçə dəfə bu cür ifadələr işlətmişdi. Əlbəttə, prinsip etibarilə Rusiya üçün, yaxud da KTMT- nin digər üzvləri üçün fərdi təlimlərin Ermənistanda ya da Tacikistanda keçirilməsinin heç bir fərqi yoxdur. Məsələ ondan ibarətdir ki, Paşinyan bu yolla artıq Rusiyaya Kremlə öz mesajlarını verir ki, “bax, mən səndən uzaqlaşa bilərəm, əgər bunu istəmirsənsə, mənim yanımda ol. Məni müdafiə et ”.”

Paşinyanın yanvarın 10-na kimi Laçın dəhlizi ilə bağlı məsələnin həllini tapmazsa, Ermənistanın KTMT və MDB-dən çıxmağa hazır olduğu barədə dediklərinə münasibət bildirən K.Novruzov bildirdi ki, Rusiyanın hazırkı şəraitdə neytrallığının əsas səbəbi ondan ibarətdir ki, bu dövlət Ermənistanın şıltaqlığına görə Azərbaycanla münasibətləri pozmaq istəmir.

“Ümumiyyətlə, artıq Ermənistan cəmiyyətinin müəyyən kəsimində belə fikir yaranıb ki, guya Azərbaycan, Rusiya və Türkiyə müttəfiqliq üçbucağıyaradıb.Əlbəttə, bu boş sərsəm fikirlərdir. Paşinyan da öz aləmində guya hədə-qorxu gəlmək istəsə də bu cəhd çox mənasızdır. İrəvanın Moskvanın təsiri altından çıxması prosesi yavaş-yavaş özünü göstərəcək. Paşinyan bu addımı ilə Rusiyanı Ermənistan adlı oyunçudan məhrum qoymaq istəyir”.

Paşinyan Putinlə görüşü məsuldar adlandırdı

İrəvan- Bakı münasibətlərinin, İrəvan-Ankara münasibətlərinə birbaşa bağlı olduğunu qeyd edən müsahibimiz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələ ilə bağlı açıqlamasını xatırlatdı ki, İrəvanla-Bakı arasında münasibətlər inkişaf etməsə, Ankara ilə İrəvan arasında diplomatik münasibətlər bərpa olunmayacaq və ya əksinə, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər bərpa olunmasa, İrəvanla-Bakı arasında münasibətlər normallaşmayacaq.

“İndiki geosiyasi durumda Ermənistan maraqlıdır ki, Türkiyə ilə əlaqələri inkişaf etdirsin. Bunun əsas səbəblərindən biri odur ki, Ermənistan Rusiya ilə Qərb arasında qalıb. Xüsusilə Qərbin Rusiyaya təzyiqlərinin artdığı, Qərblə Rusiya arasında ziddiyyətin olduğu və Rusiyanın Ukraynada bataqlığa düşdüyü bir vaxtda artıq Ermənistan əvvəlki kimi davrana bilməz. Əgər əvvəllər Ermənistan daha çox Rusiyanın çətiri altında idisə və bəzən də Qərblə Moskva arasında “rəqs edirdisə”, indi belə imkan olmayacaq. Ona görə çarə regionun başqa bir dövlətin çətiri altına keçməkdə görür. Bu İran ola bilər, amma İranda görürsünüz vəziyyəti, yəni gələcəyi ilə bağlı nikbin olmaq mümkün deyil. Həm daxili, həm də eyni zamanda xarici təzyiqlər də var və belə olan halda Ermənistan Türkiyənin çətiri altına keçməlidir.

Erdoganla Pasinyan arasinda ilk telefon danisigi: Bölgədə vəziyyət dəyişir?  - DETALLAR

Əgər Ankara Türkiyə ilə münasibətləri bərpa etmək, həm də xarici təhdidlərdən canını qurtarmaq istəyirsə, Bakının - qalib tərəfin şərtlərinə uyğun sülh müqaviləsi masasında oturmalıdır. Bilirsiniz ki, bu günlərdə Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları təmin olundu. Mən düşünürəm ki, bu addımın davamı gələcək əlaqələrin inkişafında növbəti addımlar atılacaq və bu da birbaşa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Zəngəzur dəhlizinin açılmasına təsir edəcəkdir”.

Kənan Novruzov qeyd etdi ki, Paşinyan göründüyü kimi axmaq siyasətçi deyil. O, ictimai rəyə ictimai şüurla işləməyi bacaran adamdır. Politoloq əmindir ki, Paşinyan Qərblə Rusiya arasındakı ziddiyyətdən istifadə edərək, üzünü Türkiyə istiqamətinə çevirəcəkdir. Belə olan halda Ermənistanın Azərbaycan -Türkiyə ilə münasibətlərin normallaşdırdıqdan sonra bu il Zəngəzur dəhlizi məsələsi də həll olacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR