Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-dən Hacıqabulda fəaliyyət göstərən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Fonddan AZƏRTAC-a bildirilib ki, Hacıqabul rayonunda keçirilən işgüzar forumda sahibkarlardan investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Layihələr ixtisaslaşdırılmış “yaşıl market”in və cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının, eyni zamanda çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətində qəbul olunur.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.