Türkiyə ilə Ermənistan arasında vizanın alınması sadələşdirildi

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atılıb”.

Metbuat.az xəbər verir ki, bunu “TRT Haber”ə diplomatik mənbələr bildirib.

Məlumata görə, Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər uğurla davam edir: “Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşınmaları mümkün olub. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələr üçün mühüm töhfədir”.

Qeyd olunub ki, iki ölkə arasında internet əlaqələri qurulub.

“Qarşılıqlı uçuşlar yaxşı davam edir. İnsanlar arasında təmas başlayıb və rahat şəkildə gedib-gəlirlər. Normallaşma prosesində gözlə görülməyən şeylər də olub. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”, - diplomatik mənbə bildirib.

Məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib: “Amma bundan sonrakı müzakirələr ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq”.

Bundan başqa, diplomatik mənbələr, Ankaranın İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR