Azərbaycan klubundan 4000 dollarlıq transfer -

"Sumqayıt" dövrələrarası fasilədə növbəti legionerin keçidini gerçəkləşdirib.

Daha əvvəl “Kolos”dan (Ukrayna) braziliyalı vinger Dieqo Kariokanı icarəyə götürən "gənclik şəhəri" təmsilçisi son olaraq "Valmiera"da (Latviya) çıxış etmiş Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, ötən mövsüm Latviya çempionu olan yaponiyalı yarımmüdafiəçi 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.

24 yaşlı legioner “kimyaçılar”ı ciddi xərcə salmayıb. Klubun tarixinə ilk yapon kimi düşən Murata burada ayına 4000 dollar civarında pul qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR