İbrahim Kalın: "Türkiyə İsveçin NATO-ya qəbuluna razılıq verməyə hazır deyil"

Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyə hazır deyil.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

"Le Figaro" qəzeti bildirib ki, İ.Kalın qanun layihəsinin deputatlar tərəfindən rədd ediləcəyini deyib.

"Associated Press" agentliyi öz növbəsində qeyd edib ki, İ.Kalının sözlərinə görə, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əsaslı etirazı yoxdur, lakin bunun üçün iki ölkə hələ də Ankaranın bir sıra şərtlərini yerinə yetirməlidir: "Ümumiyyətlə, biz onları NATO-da görmək istərdik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR