İranın xarici işlər naziri Türkiyəyə getdi

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan türkiyəli həmkarı ilə görüşmək üçün çərşənbə axşamı səhər Ankaraya işgüzar səfərə gedib".

Metbuat.az xəbər verir ki, bu barədə "İRNA" xəbər agentliyi məlumat verib. Bildirilir ki, Əmir Abdullahiyan Türkiyə rəsmiləri ilə görüşdə ikitərəfli, regional və beynəlxalq məsələləri və Tehran və Ankara arasında müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edəcək.

Qeyd edək ki, İran xarici işlər nazirinin Türkiyəyə səfəri regional danışıqların davamı çərçivəsində və ötən həftə Livan və Suriyaya səfərindən sonra baş tutub.
İranın xarici işlər naziri 2022-ci ilin iyununda Türkiyəyə səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR