Qorxudan mənzərə: Ciddi tədbir görülməlidir -

Türkiyədə Gümüşhane Universitetinin akademikləri, İzmirin Kiçik Menderes hövzəsində həddindən artıq və sıx yeraltı su istifadəsi səbəbiylə bir çox sahənin səthində 18 santimetrə qədər torpaq çökmələrini aşkar ediblər.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən akademiklər bildiriblər ki, problemdən çıxış yolu yeraltı sulardan istifadənin çökmə zonalarından kənarda planlaşdırılması ola bilər.

Gümüşhane Universitetinin rektoru açıqlamasında deyib ki, vaxtında müdaxilələr edilməsə gələcəkdə bu torpaq çökmələri kənd təsərrüfatından başqa daha ciddi problemlər yarada bilər.

Qeyd edək ki, belə torpaq çökmələri dünyanın bir çox ölkəsində ABŞ-ın Kaliforniya ştatında, Meksikanın Bolonya şəhərində, İranın Məşət hövzəsində müxtəlif intensivlikdə görmək mümkündür. O cümlədən Qərbi Azərbaycanda Urmu, Xoy və Salmas düzündə sürüşmə və torpaq çökməsi ekoloqların diqqət mərkəzindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR