Bir neçə gün bundan əvvəl Ermənistanın baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranın paytaxtı Tehranda keçirilən “Nüfuzlu qadınlar” Forumunda iştirak etdi. İranda olan zaman Akopyan xoşagəlməz hadisə ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Ohikyan "Facebook" səhifəsində yazıb. Onun fikirlərindən belə aydın olur ki, Akopyana İrandakı erməni icması xoş üz göstərməyib.

Paşinyanın həyat yoldaşı İranda pis vəziyyətə düşdü -

“Tehrandakı mənbələrdən öyrəndim ki, Anna Akobyan erməni icmasının nümayəndələri ilə görüşməyə çalışanda birmənalı mənfi cavab alıb. Ermənistandan gələn "nüfuzlu qadın"a ermənilər sıfır münasibət göstərib. Gəlin nəzərə alaq ki, onların satqınlarla danışacaq bir şeyi yoxdur”.

Ohikyanın yazdıqlarından belə bəlli olur ki, AkopyanınTehrandakı erməni kilsəsində xeyir-dua almaq imkanı da olmayıb.

“Məndə olan məlumata görə, Tehrandakı erməni kilsələrində belə Anna Akobyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb. Allahın evinin qapıları şeytanın bəndələri qarşısında bağlıdır”.

Paşinyanın həyat yoldaşı İranda pis vəziyyətə düşdü -

Qeyd edək ki, səfər zamanı Nikol Paşinyanın həyat yoldaşını İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisi müşayət ediblər.