Ukraynalı ombudsman Türkiyə bayrağını yerə salan rus nümayəndəyə dərs verdi -

Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq ombudsman konfransında maraqlı anlar müşahidə edilib.

Metbuat.az xəbər verir ki, tədbir zamanı Rusiya ombudsmanı Tatyana Moskalkova yanındakı masanın üzərindəki Türkiyə bayrağına toxunaraq onu yerə salıb. Lakin Rusiya ombudsmanı bayrağı yerdən qaldırmayıb. Bu zaman Ukrayna ombudsmanı Dmitro Lubinets rusiyalı həmkarının gözlərinə baxaraq bir neçə metr aralıda olan Türkiyə bayrağını yerdən götürüb. O, bayrağı yenidən masanın üzərinə qoyub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR