Səfirliyə hücumdan sonra İrandan GÖZLƏNİLMƏZ HƏMLƏ -

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehranın polis idarəsinin rəisi Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Təsnim agentliyi məlumat yayıb. Bildirilir ki, Tehran Polis İdarəsi rəisi postuna Əlburz vilayətinin polis rəisi Abbas Əli Muhammediyan təyin olunub. Hüseyn Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR