Deputat baş nazirin mərhum müavinindən YAZDI: "Təqiblərdən qaçanda onun yanına getdim"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Əsgər Talıb oğlu Məmmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı sabiq müavinin ölümündən yazıb.

O qeyd edib ki, Əsgər Məmmədovla son vaxtlar tez-tez danışıb: "Sağlamlığından gileylənir, mənə də məsləhət verir, "özünü qoru!" deyirdi. Deyirdi, həm də bilirdi ki, özümüzü qorumaq bizdən asılı məsələ deyil. Tanışlığımız, dostluğumuz tələbəlik illərindən başlamışdı. Müxtəlif rayonlara başçılıq etmişdi. 20 Yanvar qırğınında Bakıdakı təqiblərdən qaçanda onun yanına getmişdim, raykom katibindən şübhələnməzlər deyə. O, Nazirlər Kabinetində işləyəndə də tez-tez görüşürdük. Söhbətlərimizin bir ucu həmişə gedib dağlarımıza çıxırdı".

Deputat bildirib ki, vəzifədən ayrılandan sonra Məmmədov Vətəndaş Həmrəyliyinə gedərək partiyanın baş katibi olub: "Aramızda fikir ayrılıqları, incikliklərdə oldu. Amma o da saf, kinsiz adam idi. Xırda söz-söhbəti özünə yük eləməzdi. Keçdiyimiz yolları, bağlı olduğu adamları heç vaxt unutmurdu. Dəfnində iştirak edə bilmədim. Ölüm xəbərini Əlcəzairdə eşitdim. İslam ölkələri Parlament İttifaqının sasiyasında...Çox sevdiyi, təəssüf ki, doyunca bir yerdə olmadığı oğlu Azərə baş sağlığı verirəm. Ruhun şad olsun, Əsgər. Hamımızın keçəcəyimiz yoldasan", - deyə deputat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR