Hava limanında ər və arvaddan inanılmaz davranış -

Təl-Əvivin Ben-Qurion hava limanında baş verən insident ağızları açıq qoyub.

Metbuat.az xəbər verir ki, avropalı əcnəbi cütlük bileti olmadığı üçün təyyarəyə buraxılmayan körpələrini hava limanında qoyaraq Təl-Əvivdən Brüsselə uçan təyyarəyə minməyə çalışıb. Bildirilir ki, övladlarına yeni bilet almamaqda israr edən cütlük körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyaraq pasport növbəsinə dayanıblar. Əvvəlcə hava limanı işçiləri özləri də ata və ananın belə davranış sərgiləcəyinə inanmayıblar. Lakin sonra məlum olub ki, onlar uşağı hava limanında saxlamaqda qərarlıdırlar.

İsrail polisi məsələdən xəbər tutaraq cütlüyü nəzarətə götürüb. Bir neçə dəqiqə nəzarətsiz qalan körpənin səhhəti normaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR