Məmurlar qaçırıldı - Ölkə qarışdı /

Meksikanın Puebla əyalətindəki Tepeyahualko şəhərində etiraz askiyası keçirilib.

Metbuat.az xəbər verir ki, askiyanın keçirilməsinə səbəb rayonda baş verən yanğına vaxtında müdaxilə edilməməsi barədə iddialar olub. Etirazçılar rəsmilərdən izahat tələb ediblər. Bu zaman Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi məclis üzvləri etirazçılarla görüşmək üçün bir araya gəliblər. Görüş zamanı rəsmilərlə razılığa gələ bilməyən 30 nəfərlik qrup bələdiyyə sədri Monika Martinez və şəhər şurasının üzvlərini qaçırıblar.

Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar bildiriblər ki, tələbləri yerinə yetirilməsə nümayəndələri yandırıb öldürəcəklər. Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Gomez Tepeyahualko şəhərində əməliyyat keçiriləcəyini və qaçırılan məmurların xilas ediləcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR