​Rusiya 100 nəfərlik axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərməyə hazırdır

Rusiya 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsini Türkiyəyə göndərməyə hazırdır.

Metbuat.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi belə məlumat yayıb. Bildirilib ki, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi ilə 100 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə getmək üçün hazır vəziyyətə gətirilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyi hər zaman vətəndaşları çətin vəziyyətdə olan dost dövlətə kömək etməyə hazırdır” - açıqlamada deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR