​Çin ABŞ-a hava şarının vurulması ilə bağlı etiraz notası verdi

Çin ABŞ-ın Pekindəki səfirliyinə hava şarının vurulması ilə bağlı etiraz notası verib.

Metbuat.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirinin müavini Xie Fing bildirib. O qeyd edib ki, notada ABŞ-ın Çin mülki pilotsuz uçan aparatına hücum etməsi pislənilib. Məlumata görə, hava şarının ABŞ-ın hava məkanına daxil olması məcburi səbəblərdən və təsadüfi olub.

"Çin ABŞ-ın hərəkətlərinə ən sərt şəkildə etiraz edir və etirazlarını bildirir. Biz ABŞ-ı Çinin maraqlarına zərər verəcək və kövrək vəziyyəti daha da gərginləşdirəcək addımlar atmaqdan çəkinməyə çağırırıq. Çin hökuməti olaraq hadisələrin gedişatını yaxından izləyirik”.

Qeyd edək ki, ABŞ şarın cəsusluq məqsədi ilə göndərildiyini irəli sürüb. ABŞ rəsmilərinin sözlərinə görə, Çinə məxsus şar kəşfiyyat məlumatlarının toplanmasına yönəlib. Lakin onun kəşfiyyat məlumat toplama qabiliyyəti kifayət qədər zəifdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR