​"Qalatasaray" Mourinyonun bəyənmədiyi futbolçu üçün 15 milyon avro ödəyir

"Qalatasaray" “Roma”nın futbolçusu Nikolo Zaniolonu transfer etməyə yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta Dello Sport" qəzeti məlumat yayıb. Bildirilir ki, klublar razılığa gəlməyə yaxındır. Məlumata görə, “Roma”nın çalışdırıcısı Joze Mourinyonun heyətdə düşünmədiyi Zaniolo “Qalatasaray”da oynamağa razılıq verib. “Qalatasaray" Zaniolonun özü ilə 4,5 illik anlaşma əldə edib. Bildirilir ki, “Qalatasaray” futbolçu üçün “Roma”ya 15 milyon avro və bonuslar təklif edib. Zaniolonun maaşı illik 4 milyon avro olacaq. 23 yaşlı futbolçunun müqaviləsində sərbəst qalma məbləğinin 30 milyon avro olduğu deyilir.

İddia edilir ki, futbolçu təklifi qəbul etməzdən əvvəl “Qalatasaray”ın futbolçuları olan İkardi və Mertenslə görüşüb və onların təəssuratlarından sonra razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR