İŞİD üzvləri zəlzələdən istifadə edib qaçdılar

Suriyanın Afrin bölgəsindəki həbsxanadan azı 20 məhbus qaçıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb. Bildirilir ki onlar zəlzələdən istifadə edərək, qaçıblar. Bildirilir ki, zəlzələ nəticəsində həbsxanada dağıntılar qeydə alınıb, qapı sıradan çıxıb. Bundan sonra məhbuslar ixtişaş törədiblər. Bu qarışıqdan istifadə edən azı 20 məhbus qaçıb. Onların İŞİD üzvləri olduğu güman edilir. Məlumata görə, həbsxanada 200 nəfər olub. Onların 130-u İŞİD üzvüdür.

Qeyd edək ki, Qəhrəmanmaraşda baş verən rixter cədvəli üzrə 7,7 bal gücündəki zəlzələ Suriyada da insan tələfatına və dağıntılara səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR