Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.

Metbuat.az xəbər verir ki, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub.

Qeyd edək ki, 228 nəfərlik şəxsi heyət Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirəcək.