Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? -

Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik.

Metbuat.az xəbər verir ki, bu barədə Report-a Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.

"Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq" - , diplomatik nümayəndəlikdən bildirilib.

11:15

Azərbaycan xalqı Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardımını davam etdirir.

Ötən gündən etibarən yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş" mebel mağazasında toplanır. İnsanların gətirdikləri yardımların arasında ikinci əl əşyalar da var. Bu səbəbdən onlar arasında çaşqınlıq yaranıb. Görəsən ikinci əl əşyalar da yardım üçün yararlıdırmı?

Metbuat.az xəbər verir ki, baku.ws məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əlaqə saxlayıb. Saytımıza bildirildi ki, ikinci əl əşyalar təmiz və istifadəyə yararlı olduğu halda qəbul edilir:

"Bu prosesi Türkiyədəki, Azərbaycandakı bəzi toplu qurumlar həyata keçirir. Əgər istifadəyə yararlı və təmiz olarsa ikinci əl əşyaların qəbulu həyata keçirilə bilər. Lakin bəzən geyinilməyəcək və istifadəyə yararlı vəziyyətdə olan geyimlər də gətirilir".

Mövzu ilə bağlı Türkiyəyə göndərilən yardım kompaniyasında iştirak edən Nəfəs İctimia Birliyinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında bildirdi ki, gətirilən bütün yardımlar qəbul edilir. Yeni və köhnə geyimlər olmaqla ayrı-ayrı paketlərə yığılır:

"Biz qeyri-qida məhsulları qəbul edirik. Bizə gələn heç bir əşyanı geri qaytarmırıq. Biz Nəfəs İctimia Birliyi olaraq yeni geyimlər almışıq. Onları göndərəcəyik. Ötən gündən etibarən insanlar xeyli əşyalar gətiriblər. Onların içərisində yeni alınmış məhsullar da ikinci əl əşyalar da var. Bunların hamsını biz seçib səliqəli şəkildə ayrı-ayrı paketlərə yığırıq. Yararsız vəziyyətdə olanları çıxarırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR