​Avropa Super Liqası layihəsini yenilədi

Avropa Super Liqası yeni layihə hazırlayıb.

Metbuat.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, yeni layihənin formatı mediada yayımlanıb. Məlumata görə, "A22 Sports Management"in hazırladığı versiya 60-dan 80-dək klubun iştirakı ilə çoxdivizionlu formatı özündə əks etdirir.

Superliqada hər komandanın mövsüm ərzində ən azı 14 oyun keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Super Liqasının yaradılması ideyası əvvəlki kimi İspaniyanın "Real Madrid" və "Barselona", həmçinin İtaliyanın "Yuventus" klubu tərəfindən dəstəklənir. Layihə rəhbərləri yeni formatla bağlı Avropanın 50 klubu ilə əlaqə saxlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR