Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən maneəsiz keçirlər.

Metbuat.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki yük avtomobili Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.