Xakerlər İran Prezidenti İbrahim Rəisinin televiziya ilə çıxışının internet yayımına müdaxilə ediblər.
Metbuat.az xəbər verir ki, İbrahim Rəisi “İslam İnqilabı”nın 44-cü ildönümü ilə bağlı çıxışı bir dəqiqə dayanıb. Məlumata görə, bu, xakerlərin hücumu nəticəsində baş verib. Rəisinin çıxışı Tehranın Azadi meydanında qurulan monitordan nümayiş edilib. O, çıxışı zamanı etirazçılara səslənərək "Aldanmış gənclər, səhvinizi etiraf edin və bağışlanın" deyib.
Prezident bəyan edib ki, “İran səhv etdiyini etiraf edənləri qucaq açıb qarşılayacaq”. Müraciətin internet yayımı kiberhücum nəticəsində təxminən 1 dəqiqə kəsilib. Ekranda rejimə qarşı hakerlərdən ibarət “Edalat Ali” (Əlinin Ədaləti) qrupunun loqosu görünüb. Bu zamanda monitorda “İslam Respublikasına ölüm” şüarı səsləndirilib.